Interposta.Info

"Kəpəz" 150-ci dəfə məğlub oldu

İdman
 27-01-2025, 09:39     19 604

"Kəpəz” Azərbaycan çempionatlarında 150-ci səfər məğlubiyyətini alıb.

"İnterPosta" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XX turuna təsadüf edib.

Gəncə klubu "Səbail”ə 0:1 hesabı ilə uduzub.

Bölgə təmsilçisi ölkə çempionatları tarixində ən çox səfər məğlubiyyəti alan komandadır. "Kəpəz”in rəqib meydanından xalsız döndüyü ilk qarşılaşma 1992-ci il iyunun 27-də "Turan”la matça təsadüf edib – 0:1.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26