AFFA rəsmisi "Mançester Siti"nin oyununda

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
İnterPosta.info xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turunda keçiriləcək "Mançester Siti” (İngiltərə) – "Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.
Noyabrın 26-da İngiltərədə "Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26