Interposta.Info

Samir Abasov "Neftçi"də yubiley qələbəsini qazandı

İdman
 21-10-2024, 10:05     21 379

Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.

"İnterPosta" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın X turuna təsadüf edib.

Paytaxt təmsilçisi doğma meydanda "Səbail"ə qalib gəlib - 3:1. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun "Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə "ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26