Interposta.Info

Estoniya millisinin üç futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək
 

İdman
 11-10-2024, 11:27     38 400

Estoniya millisinin üç futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək
Estoniya millisinin üç futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçında meydana çıxmayacaq.

"Report"un məlumatına görə, bunlar müdafiəçi Artur Pikk, yarımmüdafiəçi Kevor Palumets və hücumçu Aleks Mattias Tammdır.

Meydan sahiblərinin baş məşqçisi Yurgen Henn sözügedən oyunçuları "23-lüy"ə daxil etməyib.

Qeyd edək ki, bu gün Tallində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İnterPosta.İnfo

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26