Interposta.Info

"Barselona" azarkeşlərinin komediyası: Öz komandalarını daşa basdılar (VİDEO)  

İdman
 17-04-2024, 14:50     47 399

"Barselona" azarkeşlərinin komediyası: Öz komandalarını daşa basdılar (VİDEO)
Çempionlar Liqasında baş tutmuş "Barselona" - PSJ matçından əvvəl yerli azarkeşlər Fransa komandasına təzyiq etməyə çalışarkən səhvən "Barselona"nın avtobusunu daşa basıblar.

Qaynarinfo-nun məlumatına görə, "Barselona" - PSJ matçından əvvəl lətifə kimi hal yaşanıb. "Barselona"nın futbolçularını daşıyan avtobus "Montjuic"dəki stadiona çatdıqdan sonra komandanın ən radikal azarkeşlərinin bir hissəsi nəqliyyat vasitəsinin "Barsa" futbolçularını daşıdığını bilməyərək onun yoluna məşəl və müxtəlif əşyalar atıblar. Belə bir səhvin səbəbi isə, hansı avtobusun gəldiyini dəqiq görməyə maneçilik yaradan məşəllər nəticəsində yaranan çoxlu tüstülənmə olub. Heyət üzvləri həmin an pərəstişkarları tərəfindən emosional və motivasiyaverici şəkildə qarşılamağı gözləsə də tam əksini görüb. Hansı ki, bu qarşılama "Barselona”nın həmin an oynayacağı matçın əhəmiyyətinə uyğun deyildi.

Azarkeşlərin bu hərəkəti heyət üzvlərində inamsızlığa səbəb olub. Futbolçulardan Mark Kiu heyrətini gizlədə bilməyib və açıqlamasında, "Fikrimcə, onlar avtobusda PSJ-nin olduğunu düşünürdülər. Buna əminəm" - sözlərini deyib. Qapıçı İnaki Pena da komanda yoldaşı ilə razılaşıb və azarkeşlərin daş atdığını təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26