"Qarabağ" dünyada 39-cu oldu

Milli çempionatlarda çərçivəyə ən çox zərbə endirən klublar bəlli olub.
Qaynarinfo xəbər verir ki, CİES-in hazırladığı siyahıda dünyanın 54 liqasından 900 komanda yer alıb.
Azərbaycan Premyer Liqasında çərçivəyə ən çox zərbə vuran komanda "Qarabağ" olub. Çempionatın lideri hər oyunda çərçivəyə 5,81 zərbə vurub. Ağdam klubu CİES-in sıralamasında 39-cudur.
1. "Qarabağ” – 5,81
2. "Turan Tovuz” – 4,64
3. "Sabah” – 3,81
4. "Qəbələ” – 3,73
5. "Səbail” – 3,73
6. "Araz-Naxçıvan” – 3,57
7. "Neftçi” – 3,50
8. "Kəpəz” – 3,38
9. "Zirə” – 2,77
10. "Sumqayıt” – 2,73
Siyahıda dünya rekordçusu PSV-dir. Niderland klubu hər görüşdə 8,92 dəfə çərçivəyə düşüb. "Bavariya” ikinci, "Seltik” üçüncüdür.
1. PSV – 8,92
2. "Bavariya” – 7,13
3. "Seltik” – 7,07
4. "Lüdoqorets” – 7,04
5. "Feyenord” – 7,00
6. "Srvena Zvezda” – 6,94
7. "Reyncers” – 6,86
8. "Əl-Hilal” – 6,83
9. "Benfika” – 6,76
10. "Mançester Siti” – 6,68
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26