Interposta.Info

"Qarabağ" Avropada yeni tarix yazdı - 1/8 finaldayıq

İdman
 23-02-2024, 00:37     37 906

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya klubu "Braqa” ilə qarşılaşacaq.

İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.

Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

22 fevral

Qarabağ (Azərbaycan) - Braqa (Portuqaliya) 2:3
Qollar:
Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 - Rocer Fernandeş, 70. Alvaro Djalo, 83. Simon Banza, 112-pen.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Braqa: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 4:2.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26