Interposta.Info

2023-cü ildə ən çox qazanan idmançıların yeni siyahısı hazırlandı

İdman
 9-02-2024, 15:18     42 980

İxtisaslaşmış "Sportico” saytı 2023-cü ildə ən çox qazanan 100 idmançının siyahısını hazırlayıb.

"İnterPosta" xəbər verir ki, sıralamada birinci pillədə "Al-Nassr”ın portuqaliyalı superulduzu Kriştiano Ronaldo yer alıb. Futbolçunun qazancı 275 milyon dollar göstərilib.

İkinci pillədə məşhur qolfçu Con Ram yer alıb. Onun qazancı isə 203 milyon dollar olaraq göstərilib.

Siyahıda ilk "üçlüy”ü Lionel Messi qapayıb. Hazırda ABŞ-da "İnter Mayami”nin formasını geyinən argentinalı dünya çempionunun 2023-cü ildə 130 milyon dollar qazanc əldə etdiyi bildirilib.

İlk "onluq”da aşağıdakı idmançılar yer alıb.

Kriştiano Ronaldo(futbol) - 275 milyon dollar
Con Ram (qolf) - 203 milyon dollar
Lionel Messi (futbol) - 130 milyon dollar
Lebron Ceyms (basketbol) - 125.7 milyon dollar
Neymar (futbol) - 121 milyon dollar
Stefen Kurri (basketbol) - 98,9 milyon dollar
Giannis Antetokounmpo(basketbol) - 88,4 milyon dollar
Kevin Duran (basketbol) - 86,9 milyon dollar
Patrik Mahomes (reqbi) - 84,3 milyon dollar
Lamar Cekson (reqbi) - 82,5 milyon dollar

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26