Interposta.Info

Millinin sabiq futbolçusu oyun zamanı güllələndi

İdman
 2-02-2024, 11:19     40 166

Boliviya millisinin sabiq futbolçusu Serxio Xuareqi Meksikada yoldaşlıq oyunu zamanı güllələnib.

Keçmiş peşəkar futbolçu su içmək üçün meydançanın kənarına çıxarkən bir nəfər ona yaxınlaşaraq altı dəfə atəş açıb. 38 yaşlı futbolçunun cəsədi meydançanın kənarında qalarkən, onu güllələyən şəxs hadisə yerindən qaça bilib.

Qısa müddət sonra hadisə yerinə təcili tibbi yardım gəlsə də Xuareqini xilas edə bilməyib.

Sabiq mərkəz müdafiəçisi Boliviya millisində 13 oyun keçirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26