Interposta.Info

Azərbaycan klubu 10 futbolçusunu bir gündə göndərdi

İdman
 18-01-2024, 15:27     37 679


Azərbaycanın futbol üzrə 2-ci liqasında mübarizə aparan "Lerik” 10 oyunçusu ilə yollarını ayırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Lerik” sözügedən oyunçulara uğurlar arzulayıb.

Qeyd edək ki, "Lerik” hazırda 2-ci liqanın turnir cədvəlində 12 xalla 11-cidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26