Interposta.Info

"Kəpəz" klubu baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib. 

 

İdman
 29-08-2022, 14:19     305

"İnterPosta"xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, klub rəhbərliyi Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib.


"İstefaya göndərilməyimdə əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu".

Bunu mətbuata açıqlamasında "Kəpəz"in baş məşqçi postunu tərk edən Yaşar Vahabzadə deyib.

62 yaşlı mütəxəssis bildirib ki, ilk 3 turda güclü komandalara rəqib olduqlarından, onlara qarşı çıxış etmələri çətinlik yaradıb: "Klubun icraçı direktoru İlqar Nadiri ilə görüşdük, söhbət etdik. Yollarımızı ayırdıq və mən də gələcək oyunlarda komandaya və rəhbərliyə uğurlar arzuladım. Birlikdə işlədik və çalışdıq, amma alınmadı".

Vahabzadə "sizi "Kəpəz"də görmək istəməyən şəxslər var idi. Bu barədə nə deyə bilərsiniz" sualına isə cavab vermək istəməyib: "Başqa şeylərdən danışmaq istəmirəm".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26