Interposta.Info

Zöhrab Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı

İdman
 12-01-2024, 10:03     34 633

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən "İnterPosta"ya verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi yanvarın 17-də "Qalatasaray HDI” (Türkiyə) və "Fonte Bastardo” (Portuqaliya) arasında İstanbulda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26