Interposta.Info

Türkiyədə futbol hakimləri yeni qərarlarını açıqladılar  

İdman
 16-12-2023, 14:53     37 431

Türkiyədə Super Liqa hakimləri, VAR hakimləri, Super Liqa köməkçi hakimləri, A kateqoriyalı hakimlər və A kateqoriyalı hakim köməkçiləri birgə yazılı açıqlama veriblər.

“Bildiyiniz kimi, 11 dekabr 2023-cü ildə Ankarada keçirilən “MKE Ankaragücü” - “Çaykur Rizespor” matçının final fitindən sonra dostumuz Halil Umut Melerin məruz qaldığı iyrənc hadisədən sonra ortaq bir qərar verdik və növbəti açıqlamamıza qədər heç bir müsabiqəyə qoşulmayacağımızı elan etdik.

Bu acınacaqlı hadisədən sonra başda prezidentimiz olmaqla bütün dövlət orqanları, o cümlədən Türkiyə Futbol Federasiyasının prezidenti, İdarə Heyətinin üzvləri, Mərkəzi Hakimlər Şurasının sədri və üzvləri çox sürətlə radikal tədbirlər gördülər. Hadisə və onu törədənlər çox tez və qətiyyətlə cəzalandırıldılar”, - deyə açıqlamada vurğulanıb.

Daha sonra hakimlər əlavə ediblər:
“Bütün bu hadisələr fonunda gəldiyimiz nöqtəyə son dərəcə tez reaksiya verən dövlət orqanları, Türkiyə Futbol Federasiyası və məhkəmə orqanlarının atdığı addımlardan sonra biz hakimlər olaraq futbol həyatının normal axarına qayıtması üçün ictimai vəzifəmizə qayıtmaq qərarına gəldik”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26