Interposta.Info

Türkiyədə hakimi döyən klub prezidenti istefa verdi - VİDEO

İdman
 12-12-2023, 22:25     26 620

Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca istefa verib.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.

Qeyd edək ki, Superliqanın XV turunun "Ankaragücü” – "Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26