Interposta.Info

Türkiyədə Çin vaksininin tətbiqinə icazə verildi

Dünya
 13-01-2021, 22:03     389

Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verilib.

"İnterPosta" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.

F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26