Interposta.Info

“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

 

İdman
 28-11-2023, 15:03     27 673

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hakken” oyununun (saat 21:45) biletləri Iticket.az saytında satışa çıxarılıb.

Klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 
VVIP C və VVIP D sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (Iticket.az-da onlayn satış);
“Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26