Interposta.Info

“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarıldı

İdman
 10-09-2021, 14:48     409

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ” – "Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.

"İnterPosta" "Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Bilet almaq istəyən azarkeşlər aşağıdakı satış məntəqələrinə müraciət edə bilər.

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;

Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik

mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

"Qarabağ” – "Bazel” matçı sentyabrın 16-da saat 20.45-də start götürəcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26