Interposta.Info

Eduard Məmmədov 28-ci dəfə dünya çempionu oldu

İdman
 24-11-2023, 17:16     36 748


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədov növbəti titulunu qazanıb.
Qaynarinfo-nun məlumatına görə, idmançı 17-26 Noyabr Portuqaliyanın Albufeira şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində iki versiyada vuruşaraq iki qızıl medal qazanıb. Bu barədə dünya çempionu özü məlumat verib. 

O açıqlamasında, "Light Contact"da Portuqaliya, Macarıstan, Britaniya, "Kick Light"da Hindistan, Qırğızıstan və finalda Slovakiya idmançlarına qalib gələrək "WAKO" versiyası üzrə səkkizinci, ümumilikdə isə 28-ci dəfə dünya çempionu oldum. Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə təşəkkürlərimi bildirirəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstək üçün təşəkkürlərimi bildirirəm. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin!".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26