Interposta.Info

Ronaldo təcavüz ittihamından bəraət aldı

İdman
 23-11-2023, 12:20     38 899


Məhkəmə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldoya model Ketrin Mayorqaya təcavüz ittihamı ilə bağlı bəraət verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Model ilk dəfə 2018-ci ilin sentyabrında Ronaldonu zorlamada ittiham edib. O, cinayətin 2009-cu ildə Las-Veqasda baş verdiyini bildirib. Daha sonra Ronaldonun susmaq qarşılığında ona 375 min dollar ödədiyi iddia edilib.

Ronaldo bu iddiaları inkar edib . 2019-cu ilin iyulunda Las-Veqas prokurorluğu Mayorqanın futbolçuya qarşı ittihamlarını əsassız adlandırıb.

Model 2023-cü ilin oktyabrında ikinci iddia qaldırıb.

Ronaldo 2016-cı ildən model Corcina Rodrigeslə münasibətdədir. Cütlüyün beş övladı var, onlardan ikisi ortaqdır. 2017-ci ilin əvvəlində Kriştianonun surroqat anadan əkiz uşaqlar doğulub. 2017-ci ilin noyabrında Rodriges özü Alana Martina adlı bir qız dünyaya gətirib. 18 aprel 2022-ci ildə Ronaldo və Corcina yenidən valideyn olub.

Ronaldo yanvarın 2-də "Əl-Nasr”ə keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro qazanır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26