Interposta.Info

Ronaldonun təcavüz məhkəməsi bitdi

İdman
 5-06-2019, 15:52     10 438

Şikayətçi qadın 375 min dollar aldı, məsələ bağlandı
Məşhur futbolçu Kristiano Ronaldoya qarşı Amerikada təcavüz iddiası üzrə aparılan məhkəmə qüvvədən düşüb. Buna səbəb qarşı tərəfin öz şikayətini geri götürməsi olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu tərəfindən 2009-cu ildə Las-Veqasda təcavüzə məruz qaldığı iddiası ilə məhkəməyə müraciət edən Ketrin Mayorqanın vəkilləri şikayət ərizəsini geri götürüblər.

Mayorqa isə bu hadisədən sonra səssiz qalması üçün Ronaldodan 375 min dollar aldığını demişdi. Tərəflər arasında yeni bir razılaşma olub-olmadığı isə bilinmir.

Kristiano Ronaldo təcavüz iddialarına isə “Mənə yönəldilən bu ittihamları rədd edirəm. Bunlar yalan xəbərlərdir. Mən xoşbəxt bir adamam və hər şey çox gözəldir”,- deyə cavab vermişdi.

Musavat.com xatırladır ki, dünyanın ən varlı futbolçuları arasında yer alan Ronaldo 2017-ci ilin ən çox qazanan idman ulduzu olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26