Interposta.Info

Azərbaycan millisi Farer adalarını məğlub etdi
 

İdman
 27-10-2023, 22:21     35 785

Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib.

"İnterPosta"xəbər verir ki, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.

Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də "Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26