Interposta.Info

“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə bağlayacaq
 

İdman
 17-10-2023, 16:24     20 071

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev ilə yeni müqavilə imzalayacaq.

Klubun saytının yaydığı məlumata görə, imzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.
Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvələrini sınayacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcəklər.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26