Interposta.Info

İki güləşçimiz DÇ-nin yarımfinalında: Biri erməniyə, digəri Olimpiya çempionuna qalib gəldi - YENİLƏNİB

İdman
 23-09-2023, 17:50     446

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında (DÇ) yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, 67 kq-da Həsrət Cəfərov uğurlu çıxış edib. O, ilk görüşdə Edson Qutyerresdən (Meksika) üstün olub - 8:0. H.Cəfərov 1/8 finalda macar İştvan Vançı 5:1 hesabı ilə üstələyib. 1/4 finalda onun rəqibi iranlı olimpiya çempionu Məhəmmədrza Geraini olub. Cəfərov güclü rəqibinə heç bir şans verməyib. 10:0 hesabı ilə vaxtından əvvəl qələbə qazanan 20 yaşlı idmançımız yarımfinala adlayıb.

87 kq-da İslam Abbasov isə erkən dayanıb. İlk görüşdə moldovalı Viorel Burduya 5:1 qalib gələn idmançı 1/16 finalda Bəşir Sid Azardan güclü olub. Hesab 1:1 olsa da, güləşçimiz əlavə göstəricilərə görə mərhələ keçib. Lakin o, 1/8 finalda David Losonçiyə (Macarıstan) uduzub - 0:8.

Qeyd edək ki, bu gün 63 kq-da Murad Məmmədov da yarımfinala adlayıb.

17:15

Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Xavyer Consona (ABŞ) - 3:1. O, 1/4 finalda ermənistanlı Hraçya Poqosyanla qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

10:14

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.

Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26