Interposta.Info

3 güləşçimiz dünya çempionatının finalına çıxdı
 

İdman
 16-08-2021, 20:22     444

Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından "İnterPosta"ya verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb.

Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisinə də gücünü göstərən Zirəddin finala çıxıb.

Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb. Cəbrayıl finalın bir addımlığında Rusiya güləşçisini də məğlub edib.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Əşrəf Qazaxıstandan olan rəqibinə də heç bir şans tanımayaraq adını finala yazdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26