Interposta.Info

Güləşçimiz erməni rəqibinə qalib gəldi

İdman
 13-04-2019, 16:02     10 462

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

İnterPosta.info-nun xəbərinə görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Artur Şahinyanı məğlub edərək 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə.

İnterPosta.info
Güləşçimiz erməni rəqibinə qalib gəldi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26