Interposta.Info

Poqbanın dopinq testi müsbət çıxdı

 

İdman
 11-09-2023, 22:42     452

2018-ci ilin dünya çempionu, "Yuventus"un fransalı yarımmüdafiəçisi Pol Poqbanın dopinq testi müsbət çıxıb. 

"İnterPosta" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb

Avqustun 20-də "Udineze” ilə İtaliya çempionatının ilk tur matçından (3:0) sonra 30 yaşlı futbolçudan nümunə götürülüb. Poqba bu matçda ehtiyat oyunçular skamyasında qalıb.

Qeyd edilir ki, nümunədə şübhəli testosteron səviyyəsi aşkar edilib.

Poqbanın dopinq testindən keçməsi xəbəri onun Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna keçə biləcəyi ilə bağlı xəbərlər fonunda yayılıb.

Fransız futbolçunu 4 illik cəza gözləyir.


Poqba ötən ilin iyulunda "Mançester Yunayted”dən azad agent kimi "Yuventus”a qayıdıb, lakin zədə səbəbindən demək olar ki, bütün mövsümü və Qətərdəki dünya çempionatını buraxıb və cəmi 10 matçda iştirak edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26