Interposta.Info

16 yaşlı futbolçu millidə rekord qırdı

İdman
 9-09-2023, 14:23     636

"Barselona"nın gənc ulduzu Lamin Yamal İspaniya millisinin formasını geyinən ən gənc futbolçu kimi tarixə düşüb.

Qaynarinfo-nun məlumatına görə, gənc futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniyanın Gürcüstana qarşı oyununda çıxış edərək bu rekorda sahib olub. 16 yaş 57 günlüyündə olan Yamal matçın 44-cü dəqiqəsində meydana buraxılıb.

Digər tərəfdən futbolçu İspaniyanın Gürcüstanı səfərdə 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fərqlənib. O, 74-cü dəqiqədə komandasının qarşılaşmadakı son qolunu rəqib qapısından keçirib.

Buna qədər rekord Yamalın komanda yoldaşı Qaviyə məxsus idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26