Interposta.Info

İspaniya millisinin 18 yaşlı futbolçusu tarixə düşdü - Peledən sonra...

 

İdman
 24-11-2022, 14:47     521

İspaniya millisinin gənc futbolçusu Qavi Kosta Rika ilə qarşılaşmada həm qola, həm də məhsuldar ötürməyə imza atmaqla braziliyalı əfsanə Peledən sonra bir ilki gerçəkləşdirib.

Qaynarinfonun məlumatına görə bu da ispanların 7:0 hesablı qələbə qazandığı matçda 18 yaşlı futbolçunun tarixə düşməsinə səbəb olub.

Matçın 11-ci dəqiqəsində Dani Olmonun fərqlənməsinə şərait yaradan gənc ulduz ikinci hissənin sonlarına yaxın Alvaro Moratanın ötürməsini qola çevirərək hesabı 5-0-a çatdırıb. 18 yaş 110 günlüydə olan Qavi bununla da Peledən sonra dünya çempionatında qol vuran ən gənc oyunçu ünvanına sahib çıxıb. Pele 1958-ci ildə İsveçə qarşı final matçı zamanı dünya çempionatları tarixində fərqlənən ən gənc futbolçu olmuşdu (17 yaş 249 gün).

Daha əvvəl İspaniya millisində 13 oyun keçirən Qavinin 2 qolu var. "Barselona"nın gənc yarımmüdafiəçisi bu mövsüm Kataloniya komandası ilə keçirdiyi 25 oyunda da bir qola və məhsuldar ötürməyə imza atıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26