Interposta.Info

 

Azərbaycanın iki cüdoçusu Avropa üçüncüsü olub - YENİLƏNİB

İdman
 8-09-2023, 20:54     461

Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

“Report”un məlumatına görə, Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc mükafata yiyələniblər.

V.Qələndərzadə 73 kq, Ö.Rəcəbli isə 81 kq çəki dərəcəsində buna nail olublar.

12:04

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə üç cüdoçumuz tatamiyə çıxacaq.

Oğlanlar arasında -73 kq çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -81 kq çəkidə Ömər Rəcəbli güclərini sınayacaqlar.

Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, cüdoçularımız ilk gündə üç medal qazanıblar. Nizami İmranov qızıl, gümüş medallara sahib olub. Qadınların mübarizəsində Aydan Vəliyeva bürünc medal əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26