Interposta.Info

Avropa Liqası: "Olimpiya" - "Qarabağ" matçının start heyətləri (YENİLƏNİB)
 

İdman
 24-08-2023, 21:18     519

"Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

"İnterPosta" xəbər verir ki, Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın "Olimpiya” klubunun qonağı olacaq.

"Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun

24 avqust
22.00 Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas.
Baş məşqçi: Joao Enrike.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Georgi Kabakov.
Lyublyana. "Stojitse” stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26