Interposta.Info

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

İdman
 2-08-2023, 09:09     393


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Polşa “Rakuv”unu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Kiprin “Aris” klubu ilə qarşılaşacaq.

Kiprlilər II təsnifat mərhələsində Belarus BATE-si ilə dueldən üstün ayrılıblar. Öz meydanında 6:2 qalib gələn “Aris” səfərdə 5:3 hesablı qələbə qazanıb. Ümumilikdə 11:5 üstün olan komanda III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, ilk oyunda 2:3 məğlub olan “Qarabağ” “Rakuv”a qarşı cavab matçını bu gün keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26