Interposta.Info

 

“Neftçi” üç milyon avro dəyəri olan hücumçu ilə müqavilə imzaladı

İdman
 1-08-2023, 15:06     379

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, braziliyalı sol vinger Andre Şinyaşiki ilə iki illik müqavilə bağlanıb.

Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.
Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunun formasını geyinib. “Transfermarkt” portalına görə, onun dəyəri üç milyon avrodur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26