Interposta.Info

PSJ prezidentinin evində axtarış aparıldı
 

İdman
 6-07-2023, 15:01     294

PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin evində axtarış aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bunun səbəbi “beIN Media Group” şirkətinin rəhbərinin adının Tayeb Benabderrahmananın oğurlanması, qanunsuz saxlanılması və işgəncələr tətbiq edilməsi üzrə aparılan istintaqla bağlıdır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinə əlavə məlumatlara giriş etməklə bağlı icazə də verilib.

“RMC Sport” xəbər verir ki, Əl-Xelaifinin evində axtarışlar aparıldığı üçün PSJ-nin yeni çalışdırıcısı Luis Enrikenin təqdimatı 3 saatlıq təxirə salınıb.

Liqa 1 klubu 2022/23 mövsümünü Fransa çempionu kimi başa vurub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26