Interposta.Info

Jurnalist Əvəz Zeynallı saxlanıldı

Ölkə / Manşet
 10-09-2022, 19:47     742

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanılması və ofisində axtarış aparılması barədə məlumat yayılıb. Həmçinin vəkil Elçin Sadıqovun da ofisində və evində axtarış aparıldığı deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26