Interposta.Info

İranlı futbolçu güllələnərək qətlə yetirilib - FOTO

İdman
 24-06-2023, 13:44     262

İranda Kirmanın “Ümid Mis” futbol komandasının gənc qapıçısı Əlirza Şəriyarpaneh güllələnib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, böyüklər qrupunda olmaq və onlarla bir neçə mərhələdə məşq etmək imkanı qazanan futbolçunun güllələnərək qətlə yetirilməsi futbol azarkeşlərini şoka salıb.

Futbolçunun qətlinin səbəbi barədə dəqiq məlumat əldə edilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26