Interposta.Info

İranlı idmançı ölkəsinin himnini oxumaqdan imtina etdi (FOTO)

Dünya
 12-02-2023, 00:09     275

Qazaxıstanın ev sahibliyi etdiyi Asiya çempionatında iranlı qadın idmançı Fərzanə Fəsihi qapalı şəraitdə 60 metr məsafəyə yüngül atletika üzrə qızıl medal qazanıb.

"İnterPosta"xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, o, mükafatlandırma mərasimində İran bayrağını götürməkdən və himni oxumaqdan imtina edib.

Fərzanə Fəsihi özü bu barədə açıqlama verməsə də, onun bu hərəkəti Tehran rejiminin etirazçılara qarşı repressiyalarına etiraz kimi dəyərləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26