Interposta.Info

Birinci Diviziona düşən "Şamaxı"nın məşqçilər korpusu istefa verdi

 

İdman
 16-06-2023, 18:01     284

AFFA-nın İcraiyyə Komitəsinin qərarlarından sonra növbəti mövsümdən Birinci Divizionda mübarizə aparacağı dəqiqləşən "Şamaxı"da istefalar həyata keçib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klub rəsmi bəyanat yayıb. Bəyanatda məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək. "Şamaxı" rəhbərliyi onun karyerasını başqa klubda davam etdirmək istədiyini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verib.

"Şamaxı"nın baş məşqçisi Əsgərli isə komandada qalacaq. Ona yeni məşqçi heyəti formalaşdırılması tapşırıldığı vurğulanıb. Futbolçulardan Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqaviləi, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrıldığı açıqlanıb. İcarə əsasında "Şamaxı”da oynamış Cəlal Hüseynov isə karyerasını Bolqarıstan təmsilçisi "Arda”da davam etdirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26