Interposta.Info

Saatı maşınından bahalı olan Ronaldo (FOTO)

 

İdman
 24-05-2023, 19:45     344

"Əl-Nəssr”ın superulduzu Kriştiano Ronaldo bu dəfə saatı ilə gündəmə gəlib.

"İnterPosta"nın məlumatına görə, futbolçu sosial şəbəkədə lüks brend hesab olunan "Jacob & Co” tərəfindən hazırlanmış saatla poza verib.

"Qızıl top”un beşqat qalibinin bahalı əşyası "Brilliant Flying Tourbillion", öndən arxaya əksetdirmənin qarşısını alan sapfir kristallarla örtülmüş, mavi timsah qayışlı və qiymətli daşlarla bəzədilmiş siferbatı ilə diqqət çəkir.

Ronaldonun qoluna taxdığı saatın 800 min avro qiyməti olduğu bildirilir. Bu da o anlama gəlir ki, portuqaliyalı superulduzun saatı onun 100 min avro dəyərində olan "Range Rover” avtomobilindən 8 dəfə bahadır.

Onun qurucusu ilk dəfə 20 il əvvəl Ronaldo ilə əlaqə yaradıb. Bundan sonra o, Ronaldodan ilhamlanıb və kolleksiyalarında "Flight of CR7" ve "Heart of CR7" kimi məhsullar yer alıb.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26