Interposta.Info

Məşhur velosipedçi karyerasını bitirəcəyi vaxtı elan etdi

İdman
 23-05-2023, 14:43     335

Böyük Britaniyalı məşhur velosipedçi Mark Kavendiş karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

"İnterPosta"-nın məlumatına görə, 34 qələbə ilə "Tour de France"ın ən çox mərhələ qazanma rekordunun sahiblərindən biri olan idmançı mövsümün sonunda kareyrasını bitirəcəyini elan edib.

İştirak etdiyi İtaliya Velosiped Turu zamanı mətbuat konfransı keçirən 38 yaşlı Kavendiş açıqlamasında, "Bu yarışda qət etdiyim hər kilometri çox bəyəndim. Bu, peşəkar şəkildə iştirak etdiyim sonuncu tur, 2023-cü il isə son mövsümümdür” - ifadələrindən istifadə edib.

17 ildir peşəkar velosipedçi kimi fəaliyyətini davam etdirən idmançı "Tour De France"də 34 mərhələ üzrə qalibdir. O, bu rekordu belçikalı Eddi Merkxre ilə bölüşür. Britaniyalı idmançının bu il iyulun 1-dən 23-dək Parisdə keçiriləcək yarışa qatılaraq şəriksiz rekorda imza atacağı gözlənilir.

Bütün zamanların ən yaxşı şosse velosipedçilərindən biri kimi göstərilən Kavendiş, 2011 və 2021-ci illərdə Fransada, 2013-cü ildə İtaliyada 16 mərhələ üzrə, 2010-cu ildə isə İspaniyada 3 mərhələ üzrə çempion olub.

Son illərdə yaşadığı qəzalar səbəbindən karyerasına bir müddət ara vermək məcburiyyətində qalan Kavendişin indiyə qədər qatıldığı şosse velosipedi yarışlarında adı 161 mərhələdə qalib kimi çəkilir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26