Interposta.Info

"Qəbələ"nin kapitanı əməliyyat olundu

İdman
 16-05-2023, 14:46     7 178

"Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib.

"İnterPosta"-nın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Misli Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan "Turan Tovuz”la matçda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.

Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən 37 yaşlı futbolçu təcili əməliyyat olunub.

İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26