Interposta.Info

Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var

İdman
 15-04-2023, 10:08     333

Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.

C.Hacıbəyli küçəsi 28 ünvanında yerləşən davada 2010-cu il təvəllüdlü R.Məhərrəmli və 2011-ci ildə anadan olmuş Ü.Zeynalzadə döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26