Interposta.Info

Namiq Abdullayev istefa verdi

İdman
 15-03-2023, 17:04     436

Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

"İnterPosta"xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.

Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. 2021-ci ildən komandaya rəhbərlik edən Rövşən Umudov vəzifəsindən ayrılıb.

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26