Interposta.Info

Fazil Məmmədov daha bir vəzifədən imtina etdi

Gündəm
 2-10-2018, 16:00     10 547

Fazil Məmmədov daha bir vəzifədən imtina etdi

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

"XeberBiz" Report-a istinadən xəbər verir ki, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26