Interposta.Info

Hakimə hücum edən futbolçuya ağır cəza verildi

İdman
 9-03-2023, 14:40     325

Suriya Futbol Federasiyası "Əl-Ceyş"də çıxış edən millinin sabiq kapitanı Əhməd əl-Salehə ağır cəza verib.

"İnterPosta"-nın məlumatına görə, matç zamanı hakimə fiziki təzyiq göstərən futbolçu futboldan ömürlük uzaqlaşdırılıb. Federasiyadan verilən açıqlamada "Əl-Ceyş"lə "Əl-Vatba" arasında baş tutan qarşılaşmada qırmızı vərəqə aldığı üçün hakimin üzərinə hücum çəkən və onu təhqir edən Əhməd Əl-Saleh barəsində intizam istintaqının başladığı bildirilib.

Reklamınızı SmartBee ilə effektiv edin.
Bununla yanaşı ömürlük idmandan uzaqlaşdırılan 32 yaşlı müdafiəçinin qərardan apellyasiya şikayəti vermək hüququ olmadığı da açıqlanıb.

Kapitanı olduğu millidə 54 oyunda meydana çıxan Əhməd Əl-Saleh 2 qol vurub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26