Interposta.Info

19 yaşlı futbolçuya

İdman
 25-05-2017, 09:45     509

İsveçrədə 19 yaşlı futbolçu barəsində ən sərt cəza tətbiq edilib.

Buna səbəb onun hakimləri və rəqib futbolçuları oyuncaq silahla qorxutması olub.

III liqa çərçivəsində baş tutan “Sent-Sulpis” – “Bursins Roll Perro” matçının gedişində rəqibi kobudluqla dayandıran birincilərin oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Adı açıqlanmayan 19 yaşlı oyunçu kənara gedərək, əlində oyuncaq silahla meydana daxil olub və hakimin üstünə hücum çəkib.

Hadisəni araşdıran federasiya futbolçunun lisenziyasını əlindən alıb və onu 37 il müddətinə futboldan uzaqlaşdırıb. O, ən yaxşı halda 56 yaşında yenidən yaşıl meydanlara qayıda bilər./Teleqraf.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26