Interposta.Info

"Çelsi"nin sabiq futbolçusu Türkiyədəki zəlzələdə həlak olub - Cəsədi tapıldı

 

İdman
 18-02-2023, 10:09     370

Kahramanmaraşda baş verən zəlzələdə zamanı Hataydakı "Renessans Residence"nin dağıntıları altında qalan "Hatayspor”un oyunçusu Kristian Atsunun meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qanalı futbolçunun meneceri Murat Uzunmehmet açıqlama verib.

"Kristian Atsu tapıldı və təəssüf ki, dünyasını dəyişdi", deyə menecer yazıb.

Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyada "Porto", "Rio Ave", İngiltərədə "Çelsi", "Everton", "Bormut", "Nyukasl", Niderlandda "Vitess", İspaniyada "Malaqa" və Səudiyyə Ərərbistanında "Əl-Riad" klublarının formasını geyinib. Qana millisində 65 oyun keçirən 31 yaşlı forvard 9 qol vurub.

2022-ci ilin sentyabrında "Əl-Riad"dan "Hatayspor"a keçən qanalı oyunçu zəlzələdən bir gün öncə "Kasımpaşa"ya qol vuraraq komandasına qələbə qazandırmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26