Interposta.Info

Meneceri 22 yaşlı ulduzun dəyərini açıqladı: 1 milyard avro...
 

İdman
 1-02-2023, 21:04     364

Meneceri 22 yaşlı ulduzun dəyərini açıqladı: 1 milyard avro...
"Mançester Siti"nin hücumçusu Erlinq Halandın meneceri Pimenta norveçli ulduzun dəyərini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Halandın 51 milyon funt-sterlinqə (63 milyon dollar) "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə transferi ən diqqət çəkən məbləğ olub.

Pimenta AS-a verdiyi müsahibədə hücumçunun qiymətinin daha yüksək olduğunu bildirib. Hətta o, futbolçunun dəyərinin 1 milyard avro olduğunu deməkdən çəkinməyib:

"Mənim üçün Haland 1 milyard avro dəyərindədir. Nəticələr, peşəkarlıq, şöhrət, sponsorlar... Hamısını bir yerə yığsanız, onun dəyərinin çox şeyin cəmi olduğunu asanlıqla görə bilərsiniz. Ancaq əslində klub oyunçunun qiymətini müəyyən edir. Bilirəm ki, heç kim bir oyunçuya 700 milyon verməyəcək, amma Erlinqin kluba gələndə əlavə etdiyi dəyərin fərqindəyəm.

Mən bu barədə çox açıq danışıram. O, 1 milyard avro dəyərində oyunçudur... Erlinq Haaland müasir futbolun zirvəsində olan hücumçudur. Düşünürəm ki, o, sələflərindən daha irəli gedə biləcək potensialdadır. Biz onun orqanizmini, məşq imkanlarını, qidalanmasını bilirik. Haaland bütün rekordları qıracaq. O, həmçinin dünya çempionatına görə altı həftəlik fasiləyə baxmayaraq, liqa tarixində yanvar ayına qədər 20 qol vuran ilk oyunçu olmağı bacardı".

Haaland bu mövsüm meydana çıxdığı 27 maçta 31 qola imza atıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26