Interposta.Info

20 yaşlı futbolçunun transfer qiyməti - 100 milyon avro

İdman
 16-06-2020, 09:21     1 048

Dortmund "Borussiya"sı hələlik Ceydon Sançonun transferi ilə bağlı təklif almayıb.

Fanat.Az xəbər verir ki, bu barədə kluba yaxın mənbələrdən "Kicker"ə məlumat verilib. "Borussiya" və Sanço arasında razılıq olduğu, klubun 100 milyon avro və ya daha yüksək təklif alacağı təqdirdə, 20 yaşlı futbolçunun ayrılmasına razılıq verəcəyi bildirilir.

Daha əvvəl "Mançester Yunayted" və "Real"ın ingilis vingerlə maraqlandıqlarına dair xəbərlər yayılmışdı.

Cari mövsümdə Bundesliqada 29 matçda meydana çıxan Sanço 17 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26