Interposta.Info

"Yuventus”un 15 xalı silindi, 11-ci pilləyə endi (SƏBƏB)

 

İdman
 21-01-2023, 09:53     401

Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru "Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.

"İnterPosta" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Eyni zamanda klub rəhbərliyində yer almış Fabio Paratiçi 2.5, Andre Anyelli və Mauritsio Arrivabene 2 il, Federiko Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin "Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26