Interposta.Info

"Azərreyl" qələbə qazandı

İdman
 29-11-2022, 22:08     415

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb.

"İnterPosta"xəbər verir ki, komanda 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "Azərreyl"in 3:1 (25:20; 25:19; 19:25; 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26